eng
competition

Text Practice Mode

Emosiyalar

created Jul 14th, 14:27 by Kamran Khametoff


0


Rating

208 words
0 completed
00:00
Gündəlik həyatımızda rast gəldiyimiz hər bir amil həyat tərzimizə öz təsirini göstərir. Qəzetdən, radiodan, televiziyadan, eləcə digər informasiya mənbələrindən alınan məlumatlar insanda həm mənfi, həm müsbət emosiyalar yaradır. Həyatımızı bunlarsız təsəvvür etmək mümkün deyil. Hər bir emosiyanın həyatımızda özünəməxsus yeri vardır.
 
İnsan həyatında emosiyaların rolu çox vacibdir. İnsanın davranış fəaliyyətini tənzimləyən emosiyaları müsbət mənfi olmaqla qruplaşdırırlar. Onlar insanın digər insanları ətraf aləmi öz davranışını davranışının nəticələrini qavraması şəklində təzahür edir. Məhz emosiyalar sayəsində insanlar başqaları ilə daha yaxşı dil tapır, ünsiyyət qurur, əməkdaşlıq edirlər.
 
Ümumiyyətlə, emosional vəziyyətlər insanın davranış düşüncələrini tənzimləyir, insanın özünü dərk etməsinə imkan verir: “Mən nəyi sevirəm nəyə nifrət edirəm?”, “Müəyyən hadisələrə təzahürlərə necə münasibət bəsləyirəm?”,“Mənim üçün əzizdir nədən imtina etmək mənim üçün asandır?” kimi suallarla özümüzlə emosiyaların hisslərin dilində danışır, hansı istiqamətdə hərəkət edəcəyimizə qərar veririk.
 
Mənfi emosiyalar da həyatımızın ayrılmaz hissəsidir. Onlar insanı aktual problemləri həll etməyə, onu qane etməyən nəyi isə dəyişdirməyə sövq edir. Məsələn, qorxu emosiyası həyatın təhlükəsizliyin qorunması üçün vacibdir; təqsir hissi əməkdaşlığa, qəzəb hissi ədalət axtarışına sövq edir. Çox vaxt mənfi duyğular insana vacib məlumatları çatdırır buna görə bəzən faydalılıq baxımından müsbət emosiyaları üstələyir. Deməli, insan üçün həm müsbət, həm mənfi emosiyalar vacibdir.

saving score / loading statistics ...